Cəmiyyətİran

Sulduzda azərbaycanlı namizəd liderdir

Dünən axşam saat 11-ə kimi səsvermə prosesi davam edib. Bundan sonra səslərin sayılmasına başlanıldı.

Bu sözləri Güney Azərbaycanın Sulduz şəhərindən olan milli-mədəni fəalı Nadir Sulduzlu Sulduz-Üşnəviyə-Mohəmmədyar-Nalos seçki dairəsinin nəticələri haqda danışarkən deyib. Onun sözlərinə görə, qeyri-rəsmi mənbələr azərbaycanlı namizəd Əli Zəncaninin lider namizəd olduğunu bildirib.

“Qeyri rəsmi mənbələr müxtəlif seçki məntəqələrindəki səsələrin ümumi statistitası ilə bağlı məlumat verərkən Əli Zəncaninin lider namizəd olduğunu bildirdi. Məlumata görə, Ə.Zəncani 75 min səs, rəqibi Xan Babaxan isə 45 min səs toplayıb. Onun 30 min səs fərqlə məclisin Sulduzdan deputatı seçildiyi bildirili. Burada türk-kürd cərəyanı olduğuna görə, hələ dəqiq məlumat rəsmi mənbələr tərəfindən verilməyib”.

Qeyd edək ki, fevralın 21-də İranda parlament seçkiləri keçirilib. Məclis seçkilərinə namizədliyini irəli sürən 12 namizəd səslərin parçalanmasının qarşısını almaq üçün razılığa gələrək, aralarından Əli Zəncaninin namizədliyini irəli sürmüşdülər.

 

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close