İran

İranda koronavirusun yayılma sürəti artmaqdadır

İranın Behdaşt Vəzirliyinin məlumatına görə, son 24 saatda ölkədə daha 226 nəfər koronavirusdan ölüb və beləliklə, qurbanların ümumi sayı 16,569-a çatıb.
Behdaşt Vəzirliyinin sözçüsü Sima Sadat Lari, ölkədə koronavirusun yayılması ilə bağlı son aamar haqqında məlumat verib. “Son bir gündə ölkədə 2.621 yeni şəxsin koronavirusa tutulması aşkar edilərək, mərizlərin ümumi sayı 301,530-a çatıb. Təəssüf ki, son 24 saatda 226 nəfər canını itirib. Beləliklə, korona qurbanlarının ümumi sayı 16.569 nəfərə çatıb”, – deyib.
261,200 koronavirus mərizinin sağaldığını və mərizxanalardan tərxis olunduqlarını deyən xanım Lari bildirib: “Eyni zamanda, koronavirusa tutulan 4041 məriz ağır vəziyyətdədirlər. Habelə, bu günə qədər ölkədə 2 milyon 431 min 804 Covid-19 testi keçirilib”.
Sima Larinin sözlərinə görə, Tehran, Mazandaran, Gülüstan, Fars, Şərqi Azərbaycan, Ərdəbil, İsfahan, Əlborz, İlam, Xorasane Rəzəvi, Kerman, Şimali Xorasan, Semnan, Lorestan və Hormozqan ustanları qırmızı vəziyətdədirlər.
Habelə Qərbi Azərbaycan, Xuzistan, Buşehr, Çaharmahal və Bəxtiyari, Zəncan, Həmədan, Kohgiluye və Boyer-Əhməd, Mərkəzi, Yəzd, Gilan və Qum ustanları da ixtar vəziyyətindədirlər.

Related Articles

Bir cavab yazın

Back to top button