Site icon Aznews TV

Sülhməramlılar Xankəndiyə nə daşıyır?

Aznewstv xəbər verir ki, bu, bölgədəki Rusiya sülhməramlı kontingentinin bu gün yaydığı xəbər bülletenində yer alıb.

“Ölən və yaralanan yoxdur. Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan tərəfləri ilə birlikdə bu faktlarla bağlı araşdırma aparır”, – deyə məlumatda deyilir.

Məlumatda Rusiya sülhməramlılarının Xankəndinə 277,8 ton humanitar yardımı avtomobil yolu ilə çatdırdığı deyilir.

Məlumat üçün bildirək ki, iyunun 11-i saat 11:50-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Exit mobile version