Site icon Aznews TV

Süngün mis mədəninin işçiləri döyülüb

İran Azad Həmkarlar Birliyinin verdiyi məlumata görə, “Ahənacin” şirkətinin işçisi olan Qurban İsgəndərzadə iyunun 24-də şirkətin səlahiyyətli nümayəndəsi tərəfindən döyülüb.

Ciddi bədən xəsarətləri alan işçi Əhər şəhərinin “Baqir ül-Ulum” xəstəxanasına yerləşdirilib.

Hadisədən sonra mədən işçilərinin işi dayandıraraq etiraz aksiyası keçirdikləri və şirkət rəhbərliyinin həmkarlarının döyülməsinə görə məsuliyyətə cəlb olunmalarını istəyiblər.

Qeyd edək ki, Süngün mis mədəni şirkətlər qrupuna daxil olan “Ahənacin” şirkətində 700 işçi çalışır.

Onlar bir il yarım bunda öncədən əmək haqlarının aşağı olması, əmək haqlarının ödənilməməsi, siğorta xidmətlərindən istifadə edə bilməmləri və başqa bu kimi problemlərlə bağlı dəfələrlə etiraz aksiyası keçiriblər.

Exit mobile version