İdmanİran

“Süngün Misi” futsal komandası “Həffari” komandasına qalib gəldi

Əhvaz şəhərində sentyabrın 30-u “Süngün Misi” Futsal komandası ilə “Həffari” komandası qarşılaşıb.

Saat 18:00-da başlayan görüşdə “Süngün Misi” Futsal komandası 5-1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bu oyun “Süngün Misi” Futsal komandasının təxirə düşmüş 3 oyunundan biri idi. “Süngün Misi” Futsal komandası Asiya qitəsində keçirilən futsal müsabiqələrində İranı təmsil edib. Lakin müsabiqələrin ilkin mərhələsində məğlubiyyətə uğrayaraq erkən qayıtmaq məcburiyyətində qalıb. Bu müddətdə komandanın 3 oyunu təxirə düşüb. Müsabiqələrdən sonra komandanın baş məşqçisi dəyişdirilib və komanda təxirə düşən oyunlarının birincisini qalibiyyətlə başlayıb. Ümid edirik ki, sona qədər belə qalıb gələrək keçən ildə qazandığı çempionluq səkisinə bir daha yüksəlsin.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close