BölgəDünya

Suriya qoşunları Hələb-Şam magistralında tam nəzarəti bərpa edir

Suriya Silahlı Qüvvələri ölkənin şimal paytaxtı Hələbi cənubdakı böyük şəhərlərlə birləşdirən strateji əhəmiyyətli magistral üzərində tam nəzarəti ələ keçirib.

Bu haqda məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

“Hazırda Suriyada həyati əhəmiyyətli bir nəqliyyat dəhlizi – mühasirəyə alınan şimal paytaxt Hələbi Suriyanın cənub şəhərləri – Hama, Xüms və Dəməşqlə birləşdirən M5 şossesi terrorçulardan azad edilib” – deyə rəsmi məlumatda deyilir.

Suriyanın “SANA” xəbər agentliyi bir neçə saat sonra Suriya hökumət qüvvələrinin Hələbin qərbindən irəliləyərək Şeyx-Əli, Arada və Arnaz yaşayış məntəqələrini terrorçulardan azad etdiyini açıqlayıb.

Agentliyin məlumatına görə, əməliyyat hökumət qoşunlarına Hələb-Şam şossesinə bitişik nəzarət zonalarını genişləndirməyə imkan verib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close