Dünya

Güney Koreyadan bloklanan İran pulları barədə açıqlama

Güney Korenin Xarici İşlər Vəzirliyi İranın 7 milyard dollar məbləğində bloklanan pullarının üzərindəki həbsin Amerika ilə məsləhətləşmələrdən sonra götürüləcəyini açıqlayıb. Vəzirliyin yaydığı açıqlamada İranla bloklanmış pulların istifadəsi yolları barədə danışıqlar aparıldığı bildirilib. İran tərəfinin Güney Korenin önərilərini qəbul etdiyi diqqətə çatdırılıb. Bildirək ki, ötən gün İran Mərkəzi Bankının rəisi Əbdülnasir Himməti rəsmi Seulla bloklanmış pullarının bir qismini lazımı məqsədlərə necə yönəltmək barədə razılığa gəldiklərini açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button