Site icon Aznews TV

Suriyada daha bir SEPAH-ın zabiti öldürülüb

İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) tərkibində quru qoşunarının zabiti Əbülfəzl Əlicani Suriyada öldürülüb.

Məlumata əsasən, Əlicani ərəb ölkəsində məsləhətçi missiyasını həyata keçirirdi. SEPAH zabitinin avqustun 22-i səhər saatlarında öldürüldüyü qeyd edilir.

Əslən İsdahan əyalətinin Dərçə şəhərindən olan zabitin öldürülməsini İran rəsmi şəkildə təsdiq edib, ancaq onun hansı şərayitdə öldürülməsi barədə təfərrüatları açıqlamayıb

Exit mobile version