Site icon Aznews TV

Suriyada İrana bağlı yaraqlıların mövqeləri hava hücumlarına məruz qalıb

Suriyanın şərqində yerləşən Deyr əz-Zur vilayətində İrana bağlı proksi qruplaşmaların mövqeləri naməlum insansız uçaqları tərəfindən hədəf alınıb.

“Aznews tv” xəbər verir ki, hava hücumu nəticəsində İran İslam Cümhuriyyətinin dəstəklədiyi hərbi qruplaşmalar arasında ölən və yaralananlar olub.

Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, Deyr əz-Zur vilayətinin qərbində özəlliklə “Əl-Təbni” və “Badie Müsərrəb” bölgələrində yerləşən İrana bağlı hərbi qruplaşmaların mövqelərinə edilən hücumlar nəticəsində bir neçə yaraqlı öldürülüb, bir neçəsi isə yaralanıb.

Sözügedən təşkilat eyni zamanda bildirib ki, hava hücumlarından öncə dəhşətli partlayış səsləri də eşidilib.

Exit mobile version