Site icon Aznews TV

Suriyada İŞİD-in 50-dən çox terrorçusu məhv edilib

“Al-Arabiya” telekanalı xəbər verib.

Telekanalın məlumatına görə, Suriyanın hərbi qüvvələri ABŞ hərbçilərinin dəstəyi ilə Əl-Həsəkədə terrorçuların saxlandığı həbsxanaya hücum həyata keçirib.

Hücum nəticəsində həbsxanadan qaçmağa çalışan İŞİD terrorçuları zərərsizləşdirilib.

Bundan əvvəl həbsxana yaxınlığında kamikadzenin avtomobili partlatması nəticəsində Suriyanın bir neçə döyüşçüsü ölüb.

Exit mobile version