Site icon Aznews TV

Suriyada terrorçular zərərsizləşdirilib

Bu barədə “Aznews tv” Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, zərərsizləşdirilən iki silahlı YPG-nin (PKK-nın Suriya qanadı) terrorçularıdır. Onılar “Barış pınarı” əməliyyatı zonasına hücumlara hazırlaşırmış.

Terrorçulara hücumların artilleriyadan edildiyi qeyd olunur.

PKK terrorçuları 1984-cü ildən Türkiyədə bir sıra terror aktları həyata keçiriblər. Nəticədə Türkiyənin təhlükəsizlik qüvvələrinin əməkdaşları, hərbçilər və mülki vətəndaşlar terror təşkilatının qurbanı olub.

ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatları siyahısına salıb.

Exit mobile version