Site icon Aznews TV

Suriyada zəlzələdə ölənlərin sayı 237-yə çatıb, 639 nəfər yaralanıb

Suriyanın şimalında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 237-yə çatıb.

“Report” Suriya KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Bildirilib ki, zəlzələ nəticəsində 639 nəfər xəsarət alıb.

Qeyd olunub ki, Hələb, İdlib, Latakiya və Həma əyalətlərində dağılmış binaların altında onlarla adam qalıb.

Exit mobile version