İranSağlıq & Yaşam

Təbai çinlilərin İrana girişinə qadağa qoyulması qərarını təkzib etdi

Çin vətəndaşlarının İrana girməsinə qadağa qoyulması barədə qərar verilməyib.

Bu sözləri Pasport İdarəsinin Polis rəisi, palkovnik Məhəmməd Rza Təbai deyib. Xəbəri təkzib edən Təbai xarici vətəndaşların ölkəyə girmələrinin qarşısını almaq qərarının hava limanında yerləşən Səhiyyə Nazirliyinin rəsmiləri tərəfindən təsdiqlənməli olduğunu vurğulayıb:

“Səhiyyə Nazirliyinin nümayəndələri hava limanlarındadırlar. Bu nazirlər xaricdən kiminsə ölkəyə girişini təsdiqləmədikləri zaman biz də onların ölkəyə girməsinin qarşısını alacağıq”.

Qeyd edək ki, bundan əvvəl İmam Xomeyni Hava Limanı Şirkətinin nümayəndəsi bütün Çin vətəndaşlarının İrana girişinə qadağa qoyulduğunu bildirmişdi. İmam Xumeyni Hava Limanında yerləşdirilmiş Təcili və Sərhəd Sağlamlığı qərargahı koronavirusun yayılmasına qarşı xidmət üçün tam hazır vəziyyətdədir.

 

 

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close