CəmiyyətİranMədəniyyət və incəsənət

Təbrizə gələn turistlər üçün kifayət qədər mehmanxana və park yoxdur

Aznews.tvTabrizebidar.ir” xəbər agentliyinə istinadən xəbər verir ki, Təbrizə gələn turistlər üçün kifayət qədər mehmanxana və qonaq evlərinin olmaması, mehmanxanalarda qiymətlər baha olduğu üçün qonaqlar parklarda və piyada keçid yolularında çadır qurub istirahat edirlər.

Bu görüntüləri kamera kadrlarına alan bir vətəndaş dövlət qurumlarına səslənib:
“Təbrizə gələn turistlərin əksəriyyəti şəhərə Tehran istiqamətindən və Təbrizin şərqindən daxil olurlar”.

O əlavə edib: “Biz bütün turistlər üçün şəhəri hazırlamalıyıq ki, istəyə görə mehmanxanalara müraciət bilsin və gecəni Təbrizin sərin havasında keçirmək istəyən ailələr də parklarda çadır qura bilsin”.

“Təbrizdə və Azərbaycanda gəzib istirahət etməyi seçən səyahətçilərin ləyaqətini qorumaq üçün Analar və Atalar Parkları, Şəms Parkı və qonaq parklarını və onun yaxınlığındakı məktəbləri turistlərin istirahəti üçün nəzərdə tutun”,-də o sonda bildirib.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button