İranMədəniyyət və incəsənət

Təbriz bazarı tarixi abidələr siyahısına daxil edilmədi

Muzeylər və tarixi yerlər üçün  “heyət üməna” yaradılmasında 21 milli abidə seçildi. İndi isə yavaş-yavaş ölkə daxilindəki bütün muzeylər, tarixi və beynəlxalq binalar üçün də seçiləcək.

Bu sözləri Muzeylər və Daşınabilən Tarixi Abidə İdarəsinin Müdiri Məhəmməd Riza Kargər deyib.

Seçilən 21 milli əsərin içində əlbəttə ki, yerlərin, muzeylər və tarixi abidələrlə birlikdə həm milli, həm də beynəlxalq qeydiyyatda olan əsərləri də görmək olar.

Bu xəbərin yayımlanmasından sonra Şərqi Azərbaycan Mədəni Miras Təşkilatı mədəni miras,  Turizm və Əl Sənətləri nazirinə bir məktub yazaraq dünyanın ən böyük tarixi bazarı olan Böyük Təbriz Bazarının 21 milli əsər siyahısında siyahısında olmamasına etiraz etdilər.

Kargari isə bu etirazın yersiz olduğunu bildirib. O deyib ki, yavaş-yavaş bütün tarixi abidələr, yerlər və muzeylərin bu qanunla idarə olunacağını bildirib.

Onun sözlərinə görə, ilk olaraq 21 milli abidənin seçilməsi Mədəni Miras Nazirliyində keçirilən iclasda müəyyənləşdirilib. İclasda əvvəlcə Sədabad, Niyavəran, Hafiziyyə kimi böyük muzeylər və önəmli tarixi yerlər, ardınca Nəqş Cahan Meydanı kimi yerlər seçilib.

O, 100-ə yaxın bina və muzeyin ölkədə ən məşhur tarixi yer və muzeylər olduğunu vurğulayıb:

“Başlamaq üçün bir sıra muzeylər və Tarixi abidələr seçildi. Seçilən yerlər və muzeylər ən çox ziyarət edilən və satan yerlər idi. Əslində bu muzeylər, Nazirlər Heyətinin iclasından çox əvvəl seçilmişdi”.
Bu qərara əsasən 2019-cu ilin dekabrda keçirilən Mədəni Miras və Turizm Ali Şurasının iclasında əvvəlcə 21 milli əsər seçilərək təsnif edilib. Əsərlər bunlardan ibarətdir:
“Sədabad Fərhəngi Tarixi Məcmuəsi”, “Niyavəran Fərhəngi Tarixi Məcmuəsi”, “Gülüstan Sarayı Məcmuəsi”, “İran Milli Fərş Muzeyi”, “İran Milli Muzeyi”, “Tus Məcmuəsi və Məşhədin Firdovsi Türbəsi”, “Perspolis və Pasargad məcmuəsi”, “Fars Sasani Arxeolojisi məcmuəsi”, “Şirazın Hafiziyyə və Sədiyyə məcmuələri”, “İsfahan İmam Meydanı”, “Kaşan Fin Bahçeli məcmuəsi”, “Kirmanşah Bisütun məcmuəsi”, “Şuştər Su Quruluşları məcmuəsi”, “Çıgazənbil və Haft Təpə məcmuəsi”, “Şuş Dünya mirası məcmuəsi”, “Gilan kənd mirası muzeyi”, “Tikantəpə Taxt Süleyman məcmuəsi”, “Şeyx Səfiəddin Ərdəbili Məcmuəsi”, “Bəm Ərki”, “Sultaniyə Günbədi” və “Yəzd Tarixi Şəhərin Dünya Miras Məcmuəsi”.

Related Articles

Bir cavab yazın

Back to top button