
Aznews.tv xəbər verir ki, Təbriz Beynəlxalq Hospitalında insult keçirərək xəstəxanaya yatırılan bir xəstə yanlış inyeksiya və kəskin infeksiya səbəbindən əlini itirir.
Xəstənin yaxınının sözlərinə görə, həmin xəstəxanada səhv inyeksiya nəticəsində anamın əli infeksiyaya yoluxur və vəziyyəti günü-gündən pisləşir.
O əlavə edib ki, tibb bacıları anamın əlinə bandaj və sarğı ilə bağlayaraq müalicə üçün xəstənin əlini isti tutmağın lazım olduğunu deyərək məsələni gizlətməyə cəhd ediblər.
“Xəstənin əlini amputasiya etmək lazım olduğunu bildirdiklərində şübhələndik və anamın xəstəxanadan evə buraxılmasından sonra bandajı açarkən faciənin dərinliyini anladıq”,- xəstənin yaxını deyib.
Aznews.tv