Cəmiyyətİran

Təbriz-Espiran yolunda baş verən yol qəzasında 3 nəfər ölüb

Təbriz-Espiran magistralında üç minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər həyatını itirib, 6 nəfər yaralanıb.

Aznews.tv IRIB-ə istinadən xəbər verir ki, Şərqi Azərbaycan vilayətinin Təcili-Tibbi Yardım xidmətinin sözcüsü bildirib: Dünən axşam saatlarında Təcili-Tibbi Yardım mərkəzinə ağır yol qəzasının baş verməsi ilə bağlı məlumat daxil olduqdan sonra, mərkəzin əməkdaşları hadisə yerinə yollanıb.

Şadi-niya əlavə edib: “Hadisə zamanı üç nəfərin öldüyü təsdiqlənib, 6 yaralı isə tibbi müalicə üçün Şəhid Məhəllati və İmam Rza xəstəxanalarına aparılıb”.

Qəzanın səbəbləri araşdırılır.

Espiran, Təbriz şəhərinə ən yaxın kəndlərdən hesab olunur və Beynəlxalq hava limanından və tarixi Acıçay körpüsü tərəfdən 20 km məsafədə yerləşir.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button