
Nəqədə sakini olan Mirmusa ZiyaGərgəri və Səccad Şəhiri adlı iki azərbaycanlı fəal 16 gündür ki, hələ də həbsdə və qeyri-müəyyən vəziyyətdə saxlanılır. İki həftədən çoxdur ki onlardan heç bir xəbər olmaması və Mirmusa ZiyaGərgərində ürək və şəkər xəstəliyinin olması onların saxlanma vəziyyəti barədə narahatçılığa səbəb olub. Onlar iyunun 22-də Nəqədə rayon təhlükəsizlik orqanı əməkdaşları tərəfindən tutulublar. Digər tərəfdən, azərbaycanlı fəal Ruhullah Əhmədnejad da iyulun 2-də Təbrizdə həbs edilərək Kəşfiyyat Nazirliyinin tıcridxanasına aparılıblar.
Aznews.tv “Hərana” xəbər agentliyinə istinadən məlumat verir ki, Nəqədə sakini olan Mirmusa ZiyaGərgəri və Səccad Şəhiri iki azərbaycanlı fəal hələ də həbsdə saxlanılır.
Fəalların ailələrinə yaxın bir mənbə bildirib: “Mirmusa ZiyaGərgəri həbs olunduqdan bir həftə sonra ailəsi ilə qısa telefon danışığında Urumiyyə Təhlükəsizlik İdarəsinə aparıldığını deyib. Onunla eyni vaxtda Urumiyyədə həbs edilmiş Səccad Şəhidi də həbs olunduğu vaxtdan bəri ondan heç bir xəbər yoxdur. Mirmusa ZiyaGərgərinin ürək və şəkər xəstəliyi, eləcə də qan təzyiqindən əziyyət çəkməsi və müvafiq qurumların onların vəziyyəti barədə heç bir məlumat verməməsi ailələrinin narahatlılığının artmasına səbəb olub.
Aznews.tv