Cəmiyyətİran

Təbrizdə 8 nəfər monoksitkarbon qazından zəhərləndi

Təbrizdə monoksitkarbon istinşaqı nəticəsində 8 nəfər zəhərlənib, bir nəfər isə ölüb.

Aznews.tv xəbər verir ki, bu barədə Şərqi Azərbaycanın Fövqəladə Hallar Sözçüsü Vəhid Şadiniya məlumat yayıb.

“Təbrizin Şams Abad məhəlləsində Səkkiz nəfər monoksid karbon qazından zəhərlənmə səbəbi ilə Sina xəstəxanasına yerləşdirilib. Orjans heyəti olay yerinə çatmazdan öncə 65 yaşlı qadın həyatını itirib”, – Şadiniya bildirib.

Qəzanın şahidi olan ailə üzvləri su qızdırıcısından monoksitkarbon qazının sızmasının hadisənin mümkün səbəblərindən ola biləcəyini iddia edir.

Related Articles

Bir cavab yazın

Back to top button