İran

İkili vətəndaşlığı olan məhbusların ailələri İran hökumətinə qarşı mübarizəyə çağırış edib

İran zindanlarında saxlanılan İran-Avropa vətəndaşlığı olan 4 məhbusun ailəsi Almaniya və Avstriya hökumətlərini İran rejimini yürütdüyü "girov götürmə siyasəti"nə görə cəzalandırmağa çağırıb.

Birləşmiş Ərəb Əmirliklərinin “nationalnews” xəbər agentliyinin məlumatına görə, aprelin 21-də Almaniya vətəndaşları Nahid Təqəvi və Cəmşid Şarməhd, Avstriya vətəndaşları Məsud Musahib və Kamran Qaderinin ailələri Almaniya və Avstriya xarici işlər nazirləri Annalena Berbok və Aleksandr Şallenberqə açıq məktub yazaraq, onları adları çəkilən məhbusların azadlığı üçün səylərini artırmağa səsləyiblər.

Hər biri saxta məhkəmələrdə 10 il həbs cəzası alan 75 yaşlı Musahib, 67 yaşlı Təqəvi və 58 yaşlı Qaderi hazırda Tehranın Evin zindanında cəzalarını çəkirlər.

Edam cəzasına məhkum edilmiş 66 yaşlı Şarməhd isə 2020-ci ilin avqust ayında Yaxın Şərqə səfəri zamanı İranın təhlükəsizlik qüvvələri tərəfindən tutulub və o gündən bəri onun harada saxlandığı haqda heç bir məlumat yoxdur.

“National News”un məlumatına görə, Avropa hökumətləri İranda ikili vətəndaşlığı olan məhbusların azadlığa buraxılması ilə bağlı “pərdəarxası” danışıqlara üstünlük verib və Amerikadan fərqli olaraq qəti çıxış etməyiblər.

Onların davranışı girovların ailələrinin müvafiq Avropa hökumətlərini məhbusların azad edilməsinə kömək etməməkdə ittiham etmələrinə səbəb olub.

Girovların ailələri son vaxtlar İran və Qərb ölkələri arasında nüvə sazişini canlandırmaq üçün hər hansı razılaşmanın şərtlərindən biri kimi ikili vətəndaşlığı olan məhbusların azad edilməsinin İrandan tələb edilməsini istəyirlər.

Onlar İranın girov götürmə siyasətini Avropa ölkələri ilə diplomatik sövdələşmələrdə təzyiq vasitəsi kimi istifadə etdiyini və buna görədə İran hökumətinin cəzalandırılmalı olduğunu qeyd ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button