Site icon Aznews TV

Təbrizdə daha bir tarixi ev dağıdıldı

Bu barədə sosial media fəalları və Təbrizin yerli mediası xəbər yayıb.

Məlumata görə, tarixi məkan tikinti dəllalları tərəfindən dağıdılıb. Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin və başqa ilgili qurumlar məsələyə münasibət bildirməyib.

Bu son vaxtlar Təbrizdə dağıdılan növbəti tarixi evdir və bundan öncə bir neçə tarixi məkan ya dağıdılıb və ya baxımsızlıqdan uçub.

Bundan bir neçə gün öncə Təbriz Şəhər Şurasının başçısı Rəsul Bərgi tarixi evlərin acınacaqlı durumda olduqları ilə bağlı açıqlama verib.

O, hal-hazırda Ustad Şəhriyarın evinin baxımsız qaldığını, onun təmiri və qorunması üçün diqqət ayrılmadığını deyib.

Bərgi bununla yanaşı Təbrizdə çox sayda tarixi evin müxtəlif idarələrə verildiyini qınayaraq, onların idarələrdən alınıb və təmir edilməsini, mədəni və tarixi abidələr kimi saxlanılmasını istəyib.

Exit mobile version