
Aznews.tv xəbər verir ki, Təbrizin “Abbas Mirza” parkında Klassik, İdman və ikidiferensialı avtomobil festivalı keçirilib.
Təbriz şəhər avtomobil və motosiklet Birliyinin İdarə Heyətinin sədri Siyamək Əmirxizi festival çərçivəsində jurnalistlərə açıqlamasında deyib: “Bu festival gənclər arasında həyəcan yaratmaq məqsədi daşıyır və biz bu sahəyə olan marağı insanlara nümayiş etdirməyə çalışırıq.
Siamək Əmirxizi əlavə etdi: Şərqi Azərbaycan Avtomobil və Motosiklet Federasiyanının təşkil etdiyi festivallarda gənclər tyuninq etdikləri avtomobilləri nümayiş etdirə bilər. Hətta ailələrin bu kimi festivallarda iştirakını və məkanda sağlam atmosfer yaratdıqlarını görürük ki, bu da bizim üçün çox sevindirici haldır.
Təbriz Avtomobil və Motosiklet Federasiyanının İdarə Heyətinin sədri qeyd edib: “Klassik avtomobillər, idman və ikidiferensialı avtomobillərin nümayiş etdirilməsi vilayətdəki müxtəlif istedadlı insanların müəyyən edilərək komitələrdə əməkdaşlığa cəlb etməyə yardım edir.
Sonda Əmirxizi deyib: “Motosiklet və avtomobil heyətindəki dostlarımız vilayətimizdə hər zaman ən yüksək keyfiyyətli iş sərgiləməyə çalışır.