İranMədəniyyət və incəsənət

Təbrizdə “Koroğlu” tamaşasının posterinin açılışı keçirildi

Yaqub Sadiq Camalinin rejissoru olduğu “Koroğlu” tamaşasının posterinin Təbrizdə açılış mərasimi keçirilib.

Koroğlu dastanı, qədim dövrlərdə Azərbaycan xalqının uzun mübarizələrindən bəhs edən gözəl bir təmsildir. Bu dastan ədəbi və musiqi baxımından da ən vacib folklor əsərlərindən birinə çevrilib.

100-dən çox sənətçini bir araya gətirən “Koroğlu” dastanının səhnəyə qoyulması son yeddi ay ərzində oyunçuluq, sənətkarlıq, Azərbaycanın milli və aşıq musiqisi qruplarının iştirakı ilə 250 saatdan çox məşqdən sonra, tamaşa səhnə üçün hazır olub.

“Koroğlu” tamaşasının rejissoru posterin açılış mərasimində Təbrizin Bələdiyyə və mədəni məsullarını əməkdaşlıq etmədiklərinə, tamaşa üçün təbliğat bilbordları verməməsinə görə sərt tənqid edib:

“Bu tamaşanın hər gecə icrası üçün 1.800.000 tümən icarə ödəyirik. Halbuki mədəni fəaliyyətlə məşğul olanlar  üçün pulsuz olmalı idi”.

Tamaşa fevralın 13-dən etibarən hər gün Təbrizin “29 Bəhmən” Mədəniyyət Sarayında səhnəyə çıxacaq.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close