Cəmiyyətİran

Təbrizdə küçə itlərini atəş açaraq toplayırlar

Bələdiyyə rəsmiləri heyvanların sığınacaqlarda saxlanıldığını bildirir.

Aznews.tv xəbər verir ki, Təbrizdə neçə ildir küçə itləri canlı olaraq toplanıb saxlanılırdı. Ancaq son günlərdə Yağçiyan şəhərciyində gecə saatlarında bu heyvanların incidilməsi və güllələnməsi səsləri eşidilir. Güllə səsi gəcənin son saatlarında eşidilir və bir çox məhəllə sakinləri bundan narahatlıq keçirir, belə ki, güllələnən heyvanların səsi saatlarla eşidilir. Bu halların davam etməsi heyvansevər qurumların da etirazına səbəb olur. Bundan əlavə, gecə saatlarında eşidilən səslər uşaqlar, qadınlar və məhəllə sakinlərini də qorxudur.

Bunu məhəllə sakinləri də təsdiqləyir, ancaq bələdiyyə rəsmiləri deyir:
Bələdiyyədə küçə itlərinin öldürülməsi halları ümumiyyətlə yoxdur və Təbriz bələdiyyəsi sığınacaqla (küçə itlərini qoruyan bir mərkəz) müqavilə bağlayaraq heyvanların canlı tutub saxlanılmasını bu mərkəzə tapşırıb və bu müqavilə 4 ildir ki icra olunur və heyvanların saxlanma xərcləri də Bələdiyyə tərəfindən ödənilir.

 

Aznews.tv

Tags
Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button