Araşdırma & TəhlilİranMədəniyyət

Təbrizdə “Şairlər Məqbərəsi” Azərbaycanın adına layiq vəziyyətdə deyil

Bu gözəllikdə bir tarixi abidəni elə viran qoyublar ki, sonunda nə baş verəcəyindən kimsə baş aça bilmir.

Aznews.tv “Farsnews” xəbər agentliyinə istinadən xəbər verir ki, bu sözləri Ustad Şəhriyarın yaxın dostu və tanınmış mədəniyyət xadimi Əli Əsğər Şerdust müsahibəsində deyib.

“15 il bundan əvvəl ilə müqayisədə məqbərə daha baxımsız vəziyyətdədir. “Şairlər Məqbərəsi” ilə bağlı məsuliyyət daşıyan müəyyən bir qurum yoxdur. Seyid Ziaəddin Səccadinin Sürxab Qəbiristanı haqda təlif etdiyi 3 cildlik kitaba bir nəzər salsaq, onda məlum olar ki, bu abidə, əslində, Azərbaycanın şərəf və qurur duyduğu məkandır. Lakin indi belə utandırıcı duruma düşüb. Bundan əlavə, Şəhriyarın muzeyi də pis vəziyyətdədir. “İki Kamal” məqbərəsinə gəldikdə Taciklər buranı bizdən yaxşı tanıyırlar”, – Şerdust “Şairlər Məqbərəsi” və “İki Kamal” məqbərəsindən görüşü barədə danışarkən deyib.

Xatırladaq ki, Şeirdust zaman-zaman ölkə üzrə radio şəbəkəsinin, “Soruş” nəşriyyatının rəisi, “Fars Dili Ədəbiyyatının İnkişafı Şurası”nın Katibi və İranın Tacikistandakı səfiri olub. Həmçinin, milli məclisin 6-cı dövründə millət vəkili seçildiyi üçün Ustan Şəhriyarın ölüm gününün İranda “Milli Şeir və Ədəb Günü” seçilməkdə böyük rolu olub.

Qeyd edək ki, Xaqani Şirvani, Əsədi Tusi, məşrutənin ən tanınmış şəhidi Seqətolislam Təbrizi, Ustad Şəhriyar, eləcə də 400-dən çox tanınmış alim, şair və arifin əbədi məskəni olan “Şairlər Məqbərəsi” kimi tanınan “Sürxab Qəbiristanı” indi elə bir vəziyyətə düşüb ki, burada abadlıq işləri aparan qurum özləri də nə etdiyini bilmir. 45 il bundan əvvəl Şiraz şəhərində yerləşən “Hafiz” və “Sədi” məqbərələri kimi bir kompleks formasına salınması nəzərə alınan yerdə sonra heç də xoş olmayan bir memarlıq nümunəsi tikildi, indi isə sökülüb. “Hafiz” və “Sədi” məqbərlərindən heç də geri qalmayan və şeirlərində böyük məfkurələr olan Xaqani kimi 400-dən daha çox Azərbaycan şairi, alimi və ziyalısının əbədi məskəni olan “Sürxab Qəbiristanı”nda Şəhriyarın vəfatından sonra bir memarlıq nümunəsi tikilib. Bu nümunənin adını “Şairlər Məqbərəsi” qoydular. Tikintinin nə dərəcədə Azərbaycan mədəniyyətinə uyğun olub-olmaması bir yana, belə bir tarixi məkana indiyə qədər bir neçə əl gəzib və hər bir orqan öz vəzifəsinə uyğun ona yanaşıb. Həmçinin, Şəhriyarın ən yaxın dostlarından biri olan Şeirdustun 15 il Şəhriyarın qəbrini ziyarət etməməsi diqqət çəkir. Ziyalının ziyarət etdiyi ikinci yer Şəhriyarın ev muzeyi olub və son zamanlar onun kitablarının “İmam Rza Muzeyi”nə verilməsi xəbəri gündəmə gəlmişdir. Görəsən, Şəhriyarın ev muzeyindən kitabları çıxsan, yerdə nə qalacaq.

Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button