Site icon Aznews TV

Təbrizin Əhrab məhəlləsində yerləşən qədim tikili narkomanların məkanına çevrilib

Məhəllənin təxminən 50 sakini toplaşaraq tarixi abidənin hazırkı durumunun təəssüf doğurduğunu bildirib. Sakinlər bildiriblər ki, narkomanların sözügedən məkana toplaşması ciddi sosial problemlər yarada bilər.

Tarixi əhəmiyyət daşıyan məkana çoxlu məişət tullantıları atılıb. Ərazidə şüşə qırıtıları və zibil qalaqlanıb. Divarlara təhqiramiz ifadələr yazılıb. Divarların suvağı baxımsızlıqdan tökülüb.

Sakinlər deyiblər ki, abidəyə dövlət qayğısı göstərilmədiyi üçün ərazi evsizlərin və narkotik istifadəçilərinin gecələdiyi məkana çevrilib.

Əhali tələb edir ki, məkan mədəni irs nümunəsi olduğu üçün dövlət onu bərpa edib kitabxanaya, muzeyə çevirsin.

Exit mobile version