İdmanİran

Təbrizin “Maşın Sazi” futbol klubu məğlub oldu

Super Kubok oyunlarının ikinci mərhələsi çərçivəsində keçirilən oyunda Təbrizin “Maşın Sazi” klubu Tehranın “Perspolis” komandası ilə qarşılaşıb.

Aznews.tv xəbər verir ki, görüş “Maşın Sazi”nin məğlubiyyəti ilə başa çatıb.

Oyunun 81-ci dəqiqəsində hakim “Perspolis”in lehinə şübhəli bir cərimə zərbəsi elan etsə də, xoşbəxtlikdən “Maşın Sazi”nin qapıçısı Hamid Lək qapını qoruya bilib.
Oyunun digər maraqlı məqamlarından “Perspolis”in iki oyunçusuna – Möhsün Rəbixahyə oyunun 71-ci dəqiqəsində, Məhəmməd Ənsariyə isə 90 + 8-ci dəqiqəsində cərimə vərəqəsi, həmçinin, “Maşın Sazi” komandasının baş məşqçisi Rəsul Xətibiyə qırmızı vərəqə göstərilib. R.Xətibi bu səbəbdən oyunu meydançadan kənar izləmək məcburiyyətində qalıb. “Maşın Sazi”ni məğlubiyyətə uğradan qol oyunun 90 + 10-cu dəqiqəsində vurulub.
Görüş “Maşın Sazi” klubunun 2500 azarkeşinin (havadarının) iştirakı ilə keçirilib.

Qeyd edək ki, Təbrizin “Maşın Sazi” komandası Super Kubokun birinci mərhələsini uğurla keçərək ikinci mərhələyə (on altıda bir) vəsiqə qazanmışdı. Bu kubokda məğlub olan komanda oyunları tərk etməli olduğu üçün “Maşın Sazı” komandası da oyunlarla vidalaşma məcburiyyətində qalıb.
Əlavə edək ki, “Maşın Sazi”-ni məğlub edən qol oyunun 90 + 10-cu dəqiqəsində vurulduğu üçün gecikən qol nöqteyi-nəzərindən bu öz növündə bir rekorddur.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close