İdmanİran

Təbrizin “Qurdlar dərəsi” dastanı Urmunun “Durnalar yuvası”nda təkrarlandı

Urmiya bələdiyyəsinin voleybol komandasının tamaşaçıları 12 aban tarixində Tehranın “Saipa” komandası ilə yarışı zamanı mövcud siyasətə etirazların bildirmələri “Traktor”-“İstiqlal” futbol klublarının görüşünü xatırladıb.

Aznews.tv xəbər verir ki, tamaşaçılar “Durnalar yuvası”nda görüş zamanı hakim irqçi düşüncəni qınayıb, Azərbaycan Türk millətinə qarşı mövcud siyasətlərə etirazlarını bildiriblər.

Onlar “Nə Mutlu Türküm Deyene”, “Türkiyə, Türkiyə”, “Türk dilində mədrəsə, olmalıdır hər kəsə”, “Azərbaycan qızları, göylərin ulduzları”, “Azərbaycan var olsun, istəməyən kor olsun” kimi şüarlar səsləndiriblər.

Qeyd edək ki, cümə günü “Traktor” – “İstiqlal” qarşılaşması zamanı tamaşaçılar oyundan əvvəl Suriyanın şimalındakı terrorçulara qarşı Türkiyənin “Barış Pinarı” əməliyyatını dəstəklədiklərini ifadə edərək, əsgərə səlam duruşu göstəriblər.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close