İran

Azərbaycanlı siyasi məhbus juənin 12-dən aclıq etisabına başlayır

Ərdəbil zindanında 15 illik həbs cəzası çəkən tanınmış siyasi məhbus Abbas Lesani son günlər qan fişarının yüksəlməsinin əsas səbəblərindən biri kimi ona qarşı göstərilən mənəvi basqılardan keçirdiyi əsəb gərginliyinin qeyd edib.
Abbas Lesani zindanın məsullarının ona qarşı müxtəlif vasitələrlə basqı etdiyini bildirib. Onun sözlərinə görə, başqa ağır cinayətə görə məhkum olunan müttəhimi onun saxlanıldığı yerə salmaqla zindanın məsulları mənəvi və ruhi-rəvani basqı etməyə çalışırlar.
Azərbaycanlı siyasi məhbus bildirib ki, saxlandığı bəndə bilərəkdən gətirilən məhkumun başqa yerə köçürülmədiyi, zindan dokturlarının nəzərinə əsasən müalicə olunmaq üçün şəhər mərizxanalarından birinə göndərilməyəcəyi halda juənin 12-si, şənbə günü səhər saatlarından quru aclıq etisabına başlayacaq.
O, juənin 10-u axşam saatlarında ailə üzvləri ilə telefon danışığında qan fişarının yüksək olduğunu bildirərək, həkimlərin bel fəqərələrinin EKO KARDİYO QRAFİ müayinəsi və ürək müayinəsinə ehtiyacı olduğu barədə rəyinə baxmayaraq, zindanın məsulları bunu qulaq ardına vurduğunu deyib.
Qeyd edək ki, Abbas Lesani ötən aydan kəskin diz və bel ağrılarından əziyyət çəkdiyi üçün Ərdəbilin “Fatimi” mərizxanasına aparılaraq orada müayinə edilib. Həkimlərin rəyinə görə o, EM- ER- AY labratuarlarından birinə yerləşdirilməli idi.

Related Articles

Bir cavab yazın

Back to top button