İranMədəniyyət

Təbrizli gənc Ginnes rekordunu qırdı

Güney Azərbaycanın Təbriz şəhərindən olan Məhəmməd Rza Həssənzadə Ginnes rekordunu yeniləyib.

Aznews.tv xəbər verir ki, o, bir dəqiqə ərzində 58 kəlmədən 53-ü yadda saxlamaqla yeni bir rekorda imza atıb. Bu rekord daha öncələr bir hindistanlı qadına məxsus idi.

“Təxminən, altı il əvvəl mən yadda saxlamaq bacarığına yiyələndim və böyük ustalardan biri olan Dünya Yaddaş Turnirinin rəhbəri professor Tony Bozanın yanında təlim aldım”, – bacarığı haqqında jurnalistlərə danışan Həsənzadə deyib.

Qeyd edək ki, sürətli oxumaq öyrənmə sürətini kəskin dərəcədə artırır və qısa müddətdə çox sayda səhifənin öyrənilməsinə imkan verir. Son illərdə oxumaq tərzinin yeni metodları müxtəlif ölkələrin müəllimləri tərəfindən hazırlanaraq əlaqəlilərin marağına səbəb olub.

Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button