Dünya

Rusiyada 19 404 nəfərdə COVID-19 aşkarlandı

Rusiyada son sutka ərzində daha 19 404 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Operativ Qərargahın məlumatına görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 712 858 nəfərə çatıb.

Son sutka ərzində 292 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 29 509 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Related Articles

Bir cavab yazın

Back to top button