İran

İranda son bir neçə gündə daha 26 məhkum edam edilib

İran İnsan Haqları Təşkilatı son bir neçə gün ərzində İran zindanlarında saxlanılan məhkumlardan ikisi qadın olmaqla daha 26 məhkumun edam edildiyini bildirib.

Qurum hökumətin məhkumların edam prosesini sürətləndirməsindən narahat olduğunu bildirib.

Təşkilat 17-27 may arası İranın 11 əyalətində həyata keçirilən edamlardan 8-nin Kərəc, 3-ün Minab, 3-ün Amol, 2-nin Zahidan, 2-nin Şiraz şəhərlərində icra edildiyini yazıb.

Bununla yanaşı Qum, Dəstgird, Şirvan, Kərəc, Məşhəd, Qərçək və Zəngan şəhərlərinin hər birində bir məhkumun asıldığını qeyd edib.

Edam edilənlərdən 12 nəfəri narkotik maddələrin alveri, 13 nəfər qətl və 1 nəfər isə silahlı soyqunda ittiham olunduqları üçün dar ağacından asılıblar.

Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatı mayın 24-də yaydığı hesabatda 2021-ci ildə dünyada qeydə alınmış edamların yarısından çoxu İranda icra edildiyini, son bir ildə İranda icra edilən edam hökmləri bütün dünyadakı ölüm hökmlərinin 54%-ni təşkil etdiyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button