Site icon Aznews TV

Tərtərdə 24 yaşlı gənc minaya düşüb

Məlumata görə, hadisə kənd sakininin fərdi təsərrüfatına aid heyvanlarını axtararkən baş verib.

Hadisə nəticəsində 1999-cu il təvəllüdlü Əli Ağalarov sağ ayağın pəncə hissəsinin travmatik amputasiyası xəsarəti alıb.

Hazırda vəziyyəti orta-ağır kimi qiymətləndirilir, müalicəsi xəstəxanada davam etdirilir.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Exit mobile version