İran

Təbri̇z di̇varlarına Əli̇rıza Fərşi̇yə dəstək şüarlari yazılıb

Fərvərdin 12-də azərbaycanlı fəallar tərəfindən Təbriz şəhərinin divarlarına etiraz şüarları yazılıb. Fəallar bu üsulla Əliriza Fərşi ilə bağlı çıxarılan həbs hökmünə etiraz ediblər. Şüarlar vasitəsilə Fərşinin azadlığa buraxılması, İranın əmniyyət və məhkəmə qurumlarının basqılarının dayandırması istənilib. Bildirək ki, fəala qarşı “İranın əmniyyət qüvvələri əleyhinə şikayət” və əvvəlki ittihamlar qüvvədə saxlanılmaqla yeni pərvəndə təşkil edilib. 1400-cü il fərvərdin 11-də iblağiyyə və vəkilin hüzuru olmadan hazırlanan pərvəndə ilə ilgili məhkəmə keçirilib. Məhkəmə prosesi fəalın əl və ayağının qandalı açılmadan baş tutub. Qazı Fərşinin pərvəndədə yer alan fakt və sübutları öyrənməsinə, hətta özünəmüdafiə ərizəsi hazırlamasına icazə verməyib. Məlumata görə, əmniyyət qüvvələri fəalın ailəsi ilə təmas tutaraq onları təhdid ediblər. Onlardan Fərşinin pərvəndəsi ilə bağlı daxili və xarici mediaya müsahibə verməmələri istənilib. Tehranın İnqilab Məhkəməsinin 26-cı Şöbəsi qazı İman Əfşarinin başçılığı ilə Əliriza Fərşiyə 4 il zindan və 2 ay təziri həbs cəzası çıxarıb. Bundan başqa, fəal Tehran zindanında 2 ay icbari işləmək cəzasına məhkum edilib. “Ölkənin əmniyyətinə əlbir olma” ittihamı ilə 3.5, “nizama qarşı təbliğ” ittihamı ilə isə 8 ay zindan cəzası verilib. Qazı fəala bildirib ki, ana dilində təhsil imkanın verilməsi iranlıların birliyinə ziyan vurur. Nəticədə Əliriza Fərşi özünümüdafiə imkanı verilmədən 50 ay həbsə məhkum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button