Site icon Aznews TV

Təbri̇zdə 2 nəfər dəm qazından boğularaq ölüb

Təbrizdə 2 nəfər mono oksidi karbon qazından boğularaq ölüb. Bu barədə Şərqi Azərbaycan Urjanısının sözçüsü Vəhid Şadinia məlumat verib. Onun sözlərinə görə, olay cümə günü saat 10:23-də Təbrizin Xəyyam xiyavanında baş verib. Belə ki, 40 yaşlı qadın və 45 yaşlı kişi mono oksidi karbon qazından boğularaq ölüblər. “Təəssüf ki, olay yerinə getdikdə onların bir neçə saat əvvəl öldükləri bəlli olub”,-deyə Şadinia bildirib.

Exit mobile version