Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Təbriz mədəniyyəti faşizmin cəngindədir

Təbriz Güney Azərbaycanın ən önəmli şəhəri olmaqla bərabər, bütün İran türkləri üçün də vacib rola sahibdir. Bu gün Təbriz azadlıq və demokrasi hərəkatının önəmli zirvəsi hesab edilir. Bu şəhər Güney Azərbaycanın ədalət mücadiləsində də əhəmiyyətli yerə sahibdir. Buna görə də Təbriz istər Şah rejimində, istərsə də İslam Cümhuriyyəti dövründə hakimiyyət üçün həssas məqamdır. Heç şübhəsiz ki, bu roluna görə şəhər sakinləri davamlı olaraq basqılara məruz qalıblar.
Son illər Güney Azərbaycanda Milli Hərəkat söyləminin gəlişməsi və millət tərəfindən ümumi istək halını alması Təbrizə qarşı həssaslıqları daha da artırdı. 10 il bundan əvvəlki hadisələri bu günümüzlə müqayisə etsək görərik ki, Azərbaycan xalqı hələ də öz hüquq və azadlıqlarının qoruması uğrunda yüksək şücaət göstərir. İranda yaşayan türklər kültür və mədəni irslərinə sahib çıxmaq üçün bütün çətinliklərə rəğmən, mübarizə aparır. Bunun nəticəsidir ki, bu gün fars milliyyətçiliyi Güney Azərbaycanda heç bir təsir gücünə sahib deyil. Onun millət arasında yeri və rolu heçə bərabərdir. Böyük çalışma və mücadilələr azərbaycançılıq məfkurəsinin fars milliyyətçiliyi üzərində qələbə çalmasına zəmin yaradıb. Beləliklə, milli hərəkat təkcə anlayış kimi deyil, həm də düşüncə tərzi kimi formalaşıb.
İran rejiminin basqı siyasətini ən sərt şəkildə aparmasından asılı olmayaraq, Azərbaycanda ən güclü siyasi söyləm milli düşüncə və tarixi mübarizədir. Bunun ən yüksək göstərici isə ikinci Qarabağ savaşında özünü ən yüksək səviyyədə nümayiş etdirir. Savaş dönəmində Güney Azərbaycanın bölgə üçün önəmi bir daha gündəmə gəlir. Tehran hakimiyyəti Güney Azərbaycanın önəmini davamlı olaraq gözardı etməyə çalışsa da, yekunda buna nail ola bilmir. Son dövrlər Təbrizdəki hadisələr də Tehran rejiminin məğlubiyyətini təsdiqləməyə əsas verir.
Qeyd edək ki, İranda fars olmayan millətlərin kültürən varlıqlarını görmək olduqca çətindir. Tətbiq olunan ağır sansurdan qurtulmağa çalışan şəxslərin isə azadlıq səsi amansızlıqla kəsilir. Fars faşizmi hər zaman olduğu kimi fars olmayanlara qarşı şiddət tətbiq etməkdən çəkinmir.
Xatırladaq ki, marsın 20-də Təbrizin Şahgölü parkındakı qayığın Azərbaycan bayrağının rənglərinə boyanması fars milliyyətçilərinin ciddi etirazına səbəb olub. Nəticədə Şahgölü parkına çox sayda polis qüvvələri cəlb olunub və qayığın boyası təmizlənib. Hətta bir neçə park işçisinin də həbs edildiyi barədə məlumatlar var. İranşəhri cərəyanına mənsub fars faşistləri sosial mediada bu məsələyə geniş etiraz etdilər. Bu məsələ bir daha sübut etdi ki, fars milliyyətçiləri türklərə qarşı amansız kin nümayiş etdirir, bu xalqın milli-mədəni irsini görməzdən gəlməyə çalışır. Fars faşizminin mənfur siyasəti bununla yekunlaşmır. Belə ki, marsın 29-dan 30-a keçən gecə Təbrizdə quraşdırılmış “Musiqili piano” tamamilə sökülüb. Olayı törədən şəxslərin isə kimlikləri hələ bəlli deyil. Aidiyyəti qurumlardan da heç biri bu məsələ ilə bağlı məsuliyyəti öz üzərinə götürməyib. Hazırda araşdırmaların davam etdirildiyi deyilir. Bundan öncə də dəfələrlə tarixi abidələrin dağıdılması, heykəllərin sökülməsi və s. kimi olaylara təsadüf edilib. Bu olayları da törədən şəxslərin kimlikləri hələlik bəlli edilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button