Site icon Aznews TV

Təbriz orta əsrlərdə – Cəlayirilər dövrü (1336-1432)

Elxani dövlətində Çobani və Cəlayirilər nüfuz uğrunda mübarizə apardılar. 1336-cı ildən 1357-ci ilədək Kiçik Həsən və Məlik Əşrəf Elxanlar hakimiyyətə çıxarılaraq dövləti onların adından idarə etdilər.

1357-ci ildə Qızıl Orda xanı Canı bəyin yürüşü ilə Kiçik Həsən və onun adından dövləti idarə edən Məlik Əşrəfin hakimiyyətinə son qoyuldu.

Təbriz Hülakü ulusunda hakimiyyətin simvolu olduğu üçün 1358-ci ildə Cəlayiri Şeyx Üveys (1358-1372) tərəfindən tutuldu. XIV əsrin 40-cı illərində əsası böyük Həsən tərəfindən qoyulan Cəlayiri dövlətinin (1358-1410) paytaxtı Təbriz oldu. Bu illərdə Sultan Üveys Təbrizdə dövlətxana binası inşa etdirdi.

Qeyd edək ki, hazırladığımız tarixi məqalələrin “Təbriz orta əsrlərdə” fəslinə aid digər paylaşımları ilə bu linklərə keçid edərək tanış ola bilərsiniz:

Exit mobile version