Site icon Aznews TV

Təbriz Vətəndaş Vəziyyəti Qeydiyyatı İdarəsi azərbaycanlı uşağa İlkin adının verilməsinə qarşı çıxıb

Azərbaycan Milli Hərəkatının fəalı və İlkinin atası Babək Hüseyni Moqadam öz Twitter səhifəsində türkcə və farsca yazıb:

“Övladım İlkinin doğum haqqında şəhadətnaməsini almaq üçün Qeydiyyat İdarəsinə getdim. Onlar mənə dedilər ki, İlkin türk adıdır və Vətəndaşlıq Qeydiyyatı Təşkilatının təsdiq etdiyi adlar siyahısında yoxdur. Övladıma İlkin adı vermək mənim hüquqi və təbii haqqımdır və sona qədər İlkini qeydiyyatdan keçirməyə çalışacağam”.

Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar.

Exit mobile version