Azərbaycanİran

Azərbaycanlı siyasi məhbus intihar edib

Kərəc həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Məsumə Sanubəri intihar edib.

Qadının sonuncu həddə çatmasının səbəbi həbsxana rəhbərliyinin tətbiq etdiyi təzyiqlərin artması olub.

Bildirilib ki, Məsumə xanım uzun müddət təkadamlıq kamerada saxlanılıb. O, nəinki yaxınları ilə telefon danışığından, hətta məhbus yoldaşları ilə də ünsiyyətdən məhrum edilib. Qadın zindanda olduğu müddət ərzində mütəmadi olaraq işgəncələrə məruz qalırdı.

Qeyd edək ki, Təbriz sakini olan Məsumə Sanubəri ötən ildə baş tutan genişmiqyaslı etiraz aksiyaları zamanı Kərəcdə tutulmuşdur. Qadın təxminən 40 gün ərzində sorğu-sual olunmuşdur və işgəncələrə məruz qalmışdır.

Siyasi məhbus Kərəc İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən mühakimə olunub. O, “qeyri-qanuni toplantılarda, təbliğat işlərində iştirak etmək” və “Xalq mücahidləri liderlərinə qarşı şüarlar yazmaq və şəkillərini dərc etdirmək” maddələri ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button