Site icon Aznews TV

Təbrizdə bəzi kafelərin möhürlənməsi; Keçən ilki etiraz aksiyalarında saxlanılanların bir qismi polis tərəfindən çağırılıb

24-25 iyun şənbə və bazar günləri Təbriz Polis Qüvvələrinin İctimai Yerlərə Nəzarət Şöbəsi tərəfindən bu kafelər möhürlənib.

Bidel, Fantin, Kərgədən, Od, Şazde, Müzəffəriyə, Cafe Sorxe və Pelak Həft kafeləri Təbrizdə möhürlənmiş kafelər sırasındadır. Qeyd edək ki, bu hesabat hazırlanana qədər bu kafelərin hansı səbəbdən möhürləndiyi barədə hələ də məlumat yoxdur.

Ayrıca Təbrizdə bəzi kafelərin möhürlənməsi ilə eyni vaxtda Təbriz polis qüvvələri Təbrizdə ötən il etiraz aksiyalarında saxlanılan bəzi şəxslərə zəng edərək onları bir neçə saat sorğu-sual edib. Eyni zamanda, çağırılanlar tərəfindən ötənilki etirazları göstərən anket doldurulub. Təbriz polis kəşfiyyatı çağırılanlara verilən suallar arasında: “Əgər nümayiş keçirilsə, siz həmin nümayişdə iştirak etmək istərdinizmi, ya yox?”.

kafelərin möhürlənməsi və ötən il Təbrizdə baş vermiş etiraz aksiyalarının bəzi iştirakçılarının çağırılması ilə eyni vaxtda həyata keçirildiyinə görə, təhlükəsizlik və hüquq-mühafizə qüvvələrinin qarşıdakı həftələrdə baş verə biləcək toplantı və nümayişlərin qarşısını alacağına inanılır.

Exit mobile version