Site icon Aznews TV

Təbrizdə çörək qıtlığı müşahidə olunur

Bu barədə güneyli sosial media fəalları məlumat və fotolar yayıblar.

Məlumata görə, un çatışmazlığı səbəbindən çox sayda çörək sexi fəaliyyətini azaldıb. Bəzilərinin fəaliyyəti isə tamamilə dayandırılıb.

İnsanlarla çörək sexlərinin sahibləri arasında yaranan mübahisələrə, əhalinin narazılıqlarına baxmayaraq, əlaqədar dövlət qurumları problemlə bağlı açıqlama verməyib.

Qeyd edək ki, bundan öncə 2022-ci ildə un və un məmulatlarının qiymətində bir neçə dəfə artım qeydə alınıb.

Exit mobile version