Site icon Aznews TV

Təbrizdə daha bir qədim küçənin adı farslaşdırılıb

Bir sıra sosial media istifadəçiləri Təbriz bələdiyyəsinin məsul şəxslərinin Tehranın göstərişləri qarşısında şəhərin qədim kimliyini simvolizə edən yer adlarını dəyişdirməsinin qəbul edilməz olduğunu yazıblar.

Qeyd edək ki, Pəhləvilər dövründən başlayan və türklərin yaşadığı bölgələrdə türkcə qədim yer adlarının təhrif olunmasına xidmət edən siyasət hazırkı dövrdə də davam edir.

Ara-sıra milli-mədəni fəalların fəaliyyətləri nəticəsində az sayda yer adlarının bərpasına nail olunsa da, ümumilikdə qədim türk adlarının günü-gündən sıradan çıxarıldığı görünür.

Exit mobile version