Site icon Aznews TV

Təbrizdə döyüş təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər həyatını itirdi

Şərqi Azərbaycan valiliyi yanında Böhran İdarəetmə İdarəsinin rəisi Təbriz şəhəri daxilində F-5 qırıcısının qəzaya uğraması nəticəsində iki pilotdan əlavə bir mülki vətəndaşın da öldüyünü açıqlayıb.

“Aznews tv” xəbər verir ki, Məhəmmədbaqer Hünərbər İRNA-ya açəıqlamasında deyib: “Qırıcı təyyarənin pilotu bütün fədakarlığı və cəsarəti ilə şəhər daxilində genişmiqyaslı qəzanın qarşısını ala bilib”.

Qəzanın səbəbləri açıqlanmayıb və araşdırıldığı bildirilir.

Exit mobile version