Site icon Aznews TV

Təbrizdə elektrik enerjisinin tez-tez kəsilməsi ciddi narazılıq yaradıb

Son bir həftədə Təbrizdə və ətraf bölgələrində elektrik enerjisinin verilməsində fasilələrin yaranması bir çox iş yerlərinin fəaliyyətinin dayanması ilə nəticələnib.

Bununla yanaşı daha önəmli alanların, o cümlədən mərizxanaların ciddi çətinliklərlə üzləşməsinə yol açıb.

Fərqli bölgələrdə davamlı və uzun müddətli elektrik kəsintisi insanların gündəlik həyatında çətinliklər yaradır, onların normal fəaliyyətinə əngəl törədir və maddi ziyana yol açır.

İctimai səbəkələrdə bununla bağlı çoxsaylı görüntü və videolar yayılıb. “Şəms Təbriz” məruzxanasından yayılan videoda təbrizli xanım mərizxanada elektrik enerjisinin kəsildiyi üçün məriz atasının ölümlə üz-üzə qaldığını bildirib.
Başqa bir görüntüdə Ərdəbildə bir ata elektrik enerjisi kəsildiyi üçün məsnoi tənəffüs dəstqahına qoşulan oğlunun nəfəs ala bilməməsindən qəzəblənib.
Xatırladaq ki, davamlı və uzun müddətli elektrik kəsintiləri İranın bir çox bölgələrində xalqın etiraz mitinqləri keçirməsinə səbəb olub.

Exit mobile version