Site icon Aznews TV

Təbrizdə Ermənistanın konsulluğu açılacaq

İran və Ermənistanın xarici işlər nazirlikləri başçılarının görüşünün yekunu üzrə keçirilən mətbuat konfransında bildirilib ki, Təbrizdə Ermənistan konsulluğunun açılması ilə bağlı razılıq əldə olunub. Abdullahianın sözlərinə görə, konsulluq 2024-cü ilin ilk həftələrində açıla bilər.

Ermənistana səfəri öncəsi Abdullahian azərbaycanlı və rusiyalı həmkarları ilə ayrı-ayrılıqda telefon danışığı aparıb. O, hər iki həmsöhbətlə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə edib.

Təbriz Güney Azərbaycanın (indiki İran ərazisinin şimal-qərbində) mədəni və tarixi mərkəzidir. Təqribən 1,6 milyonluq əhalisinin böyük əksəriyyəti azərbaycanlılardır.

Exit mobile version