Site icon Aznews TV

Təbrizdə iki məhkum edam edilib

İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, sentyabrın 5-də Təbriz zindanında adam öldürməkdə ittiham olunan iki məhkum dar ağacından asılaraq edam edilib.

Məlumatda edam edilən şəxslərin kimliyi barədə açıqlama verilmədən onların 13 il bundan öncə Şərqi Azərbaycanın Culfa şəhərinin Siyəhrud kəndində qətl törətdikləri qeyd olunub.

Bununla yanaşı Kirmanşahın Dizelabad zindanında narkotik maddələrin alverində günahlandırılan başqa bir məhkumun da asıldığı bildirilib.

Exit mobile version