Site icon Aznews TV

Təbrizdə işçilər etiraz aksiyası keçirib

Dekabrın 22-i günorta saatlarında Təbrizin “Ali Nəsəb” şəhərciyində yerləşən “İran Şokolat” (Çiçək) fabrikinin işçiləri etiraz aksiyası keçirib.

Onları narazı salan hüquqlarının təmin olunmamasıdır.

Fabrikin binası qarşısına toplaşan narazılar əmək haqının gecikdirilməsinə, ağır iş şəraitinə etiraz ediblər.

Etirazçılar bildirib ki, onların daimi iş təminatı da yoxdur.

Exit mobile version