Cəmiyyətİran

Təbrizdə milli fəalın apellyasiya məhkəməsi keçirilib

Şərqi Azərbaycanın 3-cü Apellyasiya məhkəməsində Nəsim Sadiqinin məhkəməsi keçirilib.

Nəsim Sadeqi məhkəmə müdafiəsi zamanı ona vurulan ittihamları rədd edərək çalışmalarınının İranın konstitusiyasına uyğun olduğunu bildirib.

Qeyd edək ki, fəal daha öncə də Təbrizin İnqilab məhkəməsinin 2-ci şöbəsində hakim Əhrarinin əli ilə “İran rejimi əleyhinə və müxalif qrupların leyhinə təbliğ” ittihamı ilə 6 ay həbs cəzası alıb.

Xatırladaq ki, təbrizli milli fəal Nəsim Sadeqi keçən ilin 2018-ci ilin oktyabrın 19-da təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Oktyabrın 31-i isə 150 milyon tümən mülki girov qarşılığında Təbrizin Mərkəzi həbsxanasından müvəqqəti azad olunub.

Related Articles

Bir cavab yazın

Back to top button