Site icon Aznews TV

Təbrizdə öyrənci fəalların çağırılması və həbs edilməsi

İbrahim Əhmədpur Təbriz şəhərinin Kəşfiyyat və Təhlükəsizlik Polisinə çağırıldıqdan sonra 27 Fevral bazar ertəsi günü oraya gedib. Təhlükəsizlik qüvvələri onu döyərkən təkidlə onun mobil telefonunu almaq istəyiblər. Cənab Əhmədpurun mobil telefonun başqa mədəni fəal Hadi Heydərinin yanında olması ehtimalına görə onu da çağırıblar. Cənab Heydəri təhqir edilərək bir neçə saat kəşfiyyat idarəsində saxlandıqdan sonra İbrahim Əhmədpur dostundan telefonunu Təbriz Polis Kəşfiyyat və Təhlükəsizlik İdarəsinə təhvil verməsini istəyib. Hadi Heydəri mobil telefonu təhvil verdikdən sonra sərbəst buraxılıb və İbrahim Əhmədpur hələ də həbsdədirlər.

Bu vaxta qədər təhlükəsizlik qüvvələri onu azad etməkdən imtina ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə silahlı terror aktı ilə bağlı Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin səhifəsində yazı dərc edildikdən sonra təhlükəsizlik qüvvələri Təbriz Universitetinin öyrənci fəallarına təzyiqlər edərək bu mərkəzin fəaliyyətini dayandırıblar.

2019-cu ildə Təbriz Universiteti tələbələrinin yanacağın qiymətinin artırılmasına etirazından sonra Əhmədpur intizam komitəsinə çağırılıb və bir semestrlik fəaliyyəti dayandırılmışdı. Ancaq bu hökm bir müddət sonra ləğv edilmişdi.

Exit mobile version