Site icon Aznews TV

Təbrizdə təmizlik işçilərinin həyatları təhlükə altındadır: 21 əməkdaş son bir il ərzində həyatını itirib

Bu barədə Təbriz bələdiyyəsində çalışan fəhlələrin nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, küçələri təmizləmək üçün şəhər rəhbərliyi və bələdiyyə işçilərinin fiziki gücündən yox, bunun üçün xüsusi istehsal edilmiş texnikadan istifadə etməlidir. Sözügedən təyinatlı vasitələr Təbrizə gətirilməlidir, işçilər isə təhlükəsiz mühitdə sükan arxasında işlərini görməlidirlər.

O, əlavə olaraq bildirib ki, sürücülərlə tənbeh tədbirləri icra edilməlidir. Çünki onların sürətli hərəkət etmələri nəticəsində son bir il ərzində 21 əməkdaş həyatını itirib.

Exit mobile version